Holanın meneceri: "Laporta ilə yaxşı münasibətim var"
01.02.2023 - 22:23
Holanın meneceri: "Laporta ilə yaxşı münasibətim var"

"Mançester Siti"nin hücumçusu Erlinq Holanın meneceri Rafaela Pimenta müştərisinin gələcəyi barədə danışıb.

Apasport.az xəbər verir ki, o, Holanın İspaniyada oynaması barədə sualı cavablandırıb:

"Holan İspaniyaya köçəcəkmi? Hazırda o, "Mançester Siti"də hər şeyi bəyənir. Başqa fikirlər yoxdur. Futbolçu indiki mövsüm hələ başa çatmayıbsa, növbəti mövsüm haqqında düşünməməlidir. Sanki evləndiyiniz gün növbəti qadını düşünməyə başlayırsınız. Holan artıq evlidir. Amma ehtiyac olarsa, çıxışın açarını ona verəcəyəm.

"Real" və ya "Barselona"ya keçə bilərmi? Mən hüquqşünasam, bu barədə danışa bilmərəm. Amma mənim katalonların prezidenti Joan Laporta ilə yaxşı münasibətim var”.

writer photo
Əlirza Əlirzalı
0