İbanes razılaşdı, qaldı “Roma”
06.08.2023 - 15:26
İbanes razılaşdı, qaldı “Roma”

Rojer İbanyes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az-ın məlumatına görə, braziliyalı futbolçu “Əl-Əhli” ilə müqavilənin detallarını razılaşdırıb.

24 yaşlı müdafiəçi Parisdə tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq. Düzdür, ərəblər onun çıxış etdiyi “Roma” ilə ortaq məxrəcə gəlməyiblər. İtaliya klubu İbanyesə görə 30 milyon avro tələb edir.

Qeyd edək ki, Rojer 2021/22 mövsümündə “Roma”nın heyətində Konfrans Liqasının qalibi olub. O, son Avropa Liqasının finalçısıdır.

writer photo
Əlirza Əlirzalı
0