İkardi məşqləri BURAXDI
05.01.2024 - 11:30
İkardi məşqləri BURAXDI

“Qalatasaray” dünən “Konyaspor” matçının hazırlıqlarına başlayıb. 

Apasport.az xəbər verir ki, Mauro İkardi son 2 məşqdə iştirak etməyib.

Argentinalı ulduz fərdi məşqlər edir. Eyni zamanda sağ bilək nahiyəsindən aldığı zədə üçün müalicə proqramı keçir.

Mauro İkardi zədəsi səbəbindən uzun müddət iynə müalicəsi ilə meydanda olub. 30 yaşlı hücumçunun "Konyaspor" matçında oynayacağı gözlənilir.

Qeyd edək ki, İkardi  Superliqanın 9-cu həftəsində keçirilən "Beşiktaş" derbisində Raşid Qezzalın kobud oyundan sonra zədələnib.

writer photo
Əlirza Əlirzalı
0