İkardi özünə yeni sevgili tapdı - HADİSƏ
03.02.2023 - 19:00
İkardi özünə yeni sevgili tapdı - HADİSƏ

“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi özünə yeni sevgili tapıb.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı Vanda Naradan qalmaqalla ayrılan hücumçu türkiyəli məşhur pop müğənnisi Hadisə ilə eşq yaşayır.

“Cim-bom”un son oyunlarını tribunadan izləyən 37 yaşlı Hadisənin yaxın ətrafına Mauronu bəyəndiyini dediyi iddia olunur.

Qeyd edək ki, İkardi kimi Hadisə də bu günlərdə iş adamı olan həyat yoldaşı Mehmet Dinçerlerden boşanıb.
 

writer photo
Əlirza Əlirzalı
0