İkardi "Trabzonspor"la matçı buraxacaq
15.01.2024 - 13:50
İkardi "Trabzonspor"la matçı buraxacaq

"Qalatasaray"ın hücumçusu Mauro İkardi "Trabzonspor"la keçirilən matçı buraxa bilər.

Apasport.az xəbər verir ki, buna səbəb argentinalı futbolçunun Super Liqanın 18-ci həftəsində keçirilən "Fənərbaxça" ilə oyunda zədələnməsi olub.

30 yaşlı forvardın əvvəlcə oynayacağı planlaşdırılsa da, vəziyyəti yaxşı olmadığı üçün meydana çıxması çətinləşib.

Təcrübəli hücumçunun ağrılarının davam etdiyi və böyük ehtimalla "bordo-mavilər"lə görüşü buraxacağı bildirilib.

Qeyd edək ki, İkardi çıxdığı 17 matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0