İki dünya ulduzu yenidən qarşı-qarşıya
31.01.2024 - 14:52
İki dünya ulduzu yenidən qarşı-qarşıya

Futbol tarixinin ən əhəmiyyətli futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo meydanda rəqib olaraq yenidən qarşı-qarşıya gələcəklər.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad Mövsüm Kubokunda Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr"lə qarşılaşacaq. 

İki ulduz arasında əvvəllər keçirilmiş 36 matçdan 16-da Messi, 11-də Ronaldo qalib gəlib, 9-da isə heç-heçə qeydə alınıb. Bu matçlarda Messi 22, Ronaldo isə 21 dəfə toru silkələyib.

Xatırladaq ki, Ər-Riyad Mövsüm Kubokunun ilk oyununda “Əl-Hilal” “İnter Mayami”ni 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Ər-Riyaddakı Kingdom Arenada keçiriləcək "Əl-Nassr" - "İnter Mayami" matçı sabah baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0