İki mükafata 8 namizəd
06.10.2023 - 10:01
İki mükafata 8 namizəd

Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qrup mərhələsinin II turundan sonra hər turnirdə 4 futbolçu mükafata namizəd seçilib. İki mükafata səkkiz iddiaçı arasında Türkiyə klublarının futbolçuları da yer alıb.

Lukas Paketa (“Vest Hem”), Matteo Rudjeri (“Atalanta”), Andrea Belotti (“Roma”) və Moymir Xıtil (“Slaviya”) Avropa Liqasında ən yaxşı adına iddia edir. Konfrans Liqasında Vinsent Abubakar (“Beşiktaş”), Coşua Kinq (“Fənərbaxça”), Benyamin Noqren (“Nordsyelland”) və Tarik Tissudali (“Gent”) “dördlük”də yer alıb.

Qeyd edək ki, hər iki turnirdə həftənin oyunçusu mükafatının sahibi azarkeşlər arasında səsvermə ilə müəyyənləşir.
 

writer photo
Əlirza Əlirzalı
0