İlin futbolçusu adına 11 namizəd
12.12.2023 - 13:48
İlin futbolçusu adına 11 namizəd

“Globe Soccer Awards” mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, 2023-cü ilin ən yaxşı futbolçusu adına 11 iddiaçı var.

Bu oyunçular Cud Bellinqem, Kərim Benzema, Kevin de Bruyne, Erlinq Haland, Kilian Mbappe, Lionel Messi, Kriştiano Ronaldo, Viktor Osimhen, Məhəmməd Salah, Bernardu Silva və Vinisius Juniordur.

Qeyd edək ki, 2022-ci ildə mükafatı Kilian Mbappe qazanıb.

writer photo
Əlirza Əlirzalı
0