İlkay Gündoğan "Mançester Siti"yə qayıda bilər
20.08.2024 - 13:48
İlkay Gündoğan "Mançester Siti"yə qayıda bilər

La Liqa təmsilçilərindən "Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Siti"yə qayıda bilər.

Apasport.az xəbər verir ki, italiyalı jurnalist Fabrizio Romanonun sözlərinə görə, "transfer pəncərəsi" bağlanmadan İlkay İspaniya klubundan ayrıla bilər.  

Hazırda "Mançester Siti" alman yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparır.

Qeyd edək ki, Gündoğana Səudiyyə Ərəbistanından da təkliflər gəlib, amma o, gələcəyi ilə bağlı qərar verməyib.

Gündoğan ötən mövsüm "Barselona"nın heyətində 51 oyun keçirib, 5 qol vurub və 14 məhsuldar ötürmə edib. 33 yaşlı yarımmüdafiəçinin kataloniyalılarla müqaviləsi gələn mövsümün sonuna qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0