İlkay Gündoğandan rekord
12.02.2024 - 19:19
İlkay Gündoğandan rekord

Kataloniya "Barselona"sının yarımmüdafiəçisi İlkay Gündoğan İspaniya çempionatının dünənki "Qranada" (3:3) ilə matçında qol ötürməsi edib.

Apasport.az "Squawka" nəşrinə istinadla xəbər verir ki, almaniyalı yarımmüdafiəçi şəxsi rekorda imza atıb.

33 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib.

Qeyd edək ki, türkiyəli ötən yay Kataloniya komandasına keçib. Tərəflər arasında müqavilə 2025-ci ilin yayında başa çatır. İspaniya çempionatının bu mövsümündə İlkay 24 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0