İngiltərə futbolunun ikincisi
29.11.2023 - 09:09
İngiltərə futbolunun ikincisi

“Mançester Siti”nin Çempionlar Liqasındakı məğlubiyyətsizlik seriyası 18-ə çatıb.

Apasport.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri V turda “Leypsiq”ə 3:2 hesabı ilə qalib gəlib.

Bununla da mançesterlilər İngiltərə klubları arasında ikinci nəticəyə imza atıblar. Mütləq rekord “Mançester Yunayted”ə məxsusdur.

Bu komanda Çempionlar Liqasında ardıcıl 25 görüşdə uduzmayıb. Mançesterlilərin seriyası 2007-09-cu illəri əhatə edib.

writer photo
Əlirza Əlirzalı
0