İngiltərə klubu 36 yaşlı qapıçını istəyir
18.01.2023 - 21:36
"Notinqem Forest" PSJ-nin qapıçısı Keylor Navası transfer etməkdə maraqlıdır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu fevralın sonuna qədər sıradan çıxmış Din Hendersonun zədəsindən sonra qapıçı axtarır.
Daha əvvəl Navasla "Əl-Nəsr" və "Bornmut"un da maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Kosta Rika millisinin 36 yaşlı qapıçısı olan Keylor Navasın PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir.
0
0