İngiltərə Kubokunda 1/8 final mərhələsinin sonuncu komandasının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, ilk matçda qalibi müəyyənləşdirə bilməyən "Sanderlend" Premyer Liqa klubu olan "Fulhem"i qəbul edib. Görüş daha təcrübəli London klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Fulhem" "Lidz"ə rəqib olub. Ümumiyyətlə, 1/8 finalda aşağıdakı cütlər mübarizə aparacaq:
"Stok Siti" – "Brayton"
"Lester" – "Bləkbern"
"Fulhem" – "Lidz"
"Svonsi" – "Mançester Siti"
"Sauthempton" – "Qrimsbi"
"Bernli" – "Flitvud"
"Mançester Yunayted" – "Vest Hem"
"Şefild Yunayted" – "Tottenhem"
Qeyd edək ki, ilk 4 matç 28 fevralda, digərləri ondan 1 gün sonra – 1 martda keçiriləcək.