İngiltərə millisi əsas komanda oyunçusunu itirə bilər
24.06.2024 - 16:28
İngiltərə millisinin cinah müdafiəçisi Kieran Trippier Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Sloveniya ilə qarşılaşmanı buraxa bilər.
Apasport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlətinə görə, futbolçunun baldır əzələsində problemlər yaranıb.
Xatırladaq ki, İngiltərə və Sloveniya yığmaları arasında görüş iyunun 25-də baş tutacaq, start fiti Bakı vaxtilə saat 23:00-da səslənəcək.
0
0