İngiltərədən Fransaya
31.12.2023 - 13:23
İngiltərədən Fransaya

Fransa klubları almaniyalı futbolçu uğrunda mübarizəni davam etdirirlər.

Apasport.az xəbər verir ki, "Vest Hem"in müdafiəçisi Tilo Kehrer “Renn”, “Nitsa” və “Monako”nun diqqət mərkəzindədir.

27 yaçlı futbolçu İngiltərə klubunda ehtiyatda oturmaqdan narazıdır. Avro-2024-ə qədər oyun praktikası əldə etmək niyyətində olan arxa xətt oyunçusu yanvarda Fransa Liqa-1 klublarından birinə keçməyin əleyhinə deyil. İddialara görə Şimali London klubu futbolçunun icarəyə verilməsinə müsbət yanaşır.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün yarışlarda 12 oyun keçirib. “Transfermarkt” portalı Almaniya millisinin üzvünə 9 milyon avro qiymət qoyub.
 

writer photo
Əlirza Əlirzalı
0