İngiltərəyə qayıdır
24.01.2023 - 10:16
İngiltərəyə qayıdır

Frenk Lempardı istefaya göndərən “Everton”un baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Marselo Byelsanın xidmətində maraqlıdır.

Liverpul təmsilçisinin sahibi Farhad Moşiri “Lids”in sabiq çalışdırıcısı ilə görüşüb. O, Byelsanın baş məşqçi təyin olunmasının tərəfdarıdır.

Qeyd edək ki, “Everton” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0