"İnter" İtaliya Kubokunun finalında
27.04.2023 - 00:57
"İnter" İtaliya Kubokunun finalında

İtaliya Kubokunda "İnter" finala yüksəlib.

Apasport.az xəbər verir ki, Milan klubu öz meydanında 15-ci dəqiqədə Federiko Dimarkonun vurduğu yeganə qolla "Yuventus"u 1:0 məğlub edib.

Turində keçirilmiş ilk matçda da hesab 1:1 olduğundan, finala yüksələn tərəf Milan təmsilçisi olub.

Bu gün keçiriləcək "Fyorentina" – "Kremoneze" oyunu ilə 2-ci finalçının adına aydınlıq gələcək.

 

writer photo
Əlirza Əlirzalı
0