"İnter" "Napoli"nin yarımmüdafiəçisini almaq istəyir
03.01.2024 - 11:31
"İnter" "Napoli"nin yarımmüdafiəçisini almaq istəyir

"Napoli" rəhbərliyi hələ də yarımmüdafiəçi Piotr Zielinski ilə yeni müqavilə imzalamaq üçün anlaşa bilməyib.

Apasport.az xəbər verir ki, əgər tərəflər razılığa gələ bilməsələr, o zaman "İnter" hərəkətə keçəcək.

Neradzurrilər Peterlə müqavilə bağlamaqda maraqlıdırlar. "İnter" 29 yaşlı polşalıya 4,5 milyon avro maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Zielinski 2016-cı ildən Neapolitan komandasında çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Napoli"nin heyətində 23 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

writer photo
Əlirza Əlirzalı
0