“İnter” onu satmayacaq
10.06.2023 - 11:58
“İnter” onu satmayacaq

“İnter” qapıçısını satmaqdan imtina edib.

Apasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisi Andre Onanaya gələn bütün təkliflərə mənfi cavab verib.

“Neadzurri” 27 yaşlı əlcək sahibinin oyunundan razıdır. Kamerunlu qolkiperin xüsusilə İngiltərə “Çelsi”sinin hədəfində olduğu bildirilir.    

Qeyd edək ki, Onana 2022-ci ildən Milan klubunun şərəfini qoruyur. Kiper son mövsümdə 40 görüşdə iştirak edərək, qapısından  35 top buraxıb.

writer photo
Əlirza Əlirzalı
0