“İnter”də qalır
31.07.2023 - 10:13
“İnter” futbolçusu Lautaro Martineslə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı hücumçunun agenti açıqlayıb.
O bildirib ki, argentinalı forvard Milan təmsilçisində çıxışını davam etdirəcək. Bu yaxınlarda komandanın kapitanı təyin olunan Lautaro “İnter”dən getmək barədə düşünmür.
Qeyd edək ki, Martines 2018-ci ildən Milan klubunda forma geyinir.
0
0