“İnter”də yeni müqavilə
30.12.2023 - 22:08
“İnter”də yeni müqavilə

"İnter" Federiko Dimarko ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, İtaliya A seriyasının klubu futbolçusu ilə 2027-ci il iyunun 30-na qədər yeni müqavilə imzalayıb. 

Futbolçunun maaşının artdığı bildirilir. Dimarko "İnter"in yetirməsidir. O,  klubda 119 oyun keçirib, 11 qol, 20 məhsuldar ötürmə və 5 sarı vərəqəsi var. 26 yaşlı futbolçunun qiyməti 50 milyon avro ilə dəyərləndirilir. 

Qeyd edək ki, İtaliya millisinin müdafiəçisi cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0