“İnter”dən gedir
29.10.2022 - 10:08
“İnter”in futbolçusu Robin Qosens İtaliya klubundakı durumundan narazıdır.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi Milan təmsilçisində az oyun praktikası qazanması ilə barışa bilmir.
Bu üzdən almaniyalı futbolçu qışda klubunu dəyişməyə qərar verib. Onun xidmətində “Bayer” maraqlıdır.
Qeyd edək ki, ötən qışda “Atalanta”dan icarəyə götürülən Qosensin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsüm 14 oyunda 402 dəqiqə meydanda olub.
0
0