"İnter"ə bəd xəbər
23.12.2023 - 09:58
"İnter"ə bəd xəbər

Lautaro Martinez zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə argentinalı hücumçunun formasını geyindiyi “İnter” klubu məlumat yayıb.

Həkimlər 26 yaşlı futbolçuya sol budun əzələ gərginliyi diaqnozu qoyulub. Bu isə o deməkdir ki, Martinez bu il bir daha oynamayacaq. O, “Leççe” və “Genoa” ilə görüşləri buraxacaq.

Qeyd edək ki, Milan təmsilçisinin heyətində bu mövsüm 23 matç keçirən Lautaro aktivinə 17 qol və 4 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0