“İnter”ə qoyulan ŞƏRT
03.12.2022 - 12:05
“İnter”ə qoyulan ŞƏRT

“İnter” futbolçusu Stefan de Vreylə yeni müqavilə ilə bağlı danışıqların növbəti mərhələsinə start verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu onunla 2 illik anlaşmaq niyyətindədir.

Milanlılar müdafiəçiyə indiki maaşının saxlanılmasını təklif edir. O, hazırda ilə 3 milyon avro qazanır.

Amma de Vrey bunlarla razı deyil. O, klub qarşısına öz şərtini qoyub. Futbolçu ildə 4,2 milyon maaş və əlavə bonuslar istəyir.

Qeyd edək ki, hazırda Niderland millisi ilə Qətərdəki DÇ-2022-də olan futbolçu cari mövsümdə 12 oyunda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0