"İnter"ə yeni prezident təyin edildi
04.06.2024 - 12:17
"İnter"ə yeni prezident təyin edildi

İtaliya A Seriya təmsilçilərindən "İnter"in yeni prezidenti məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu posta Beppe Marotta təyin olunub. 67 yaşlı funksioner 2018-ci ildən "İnter"də baş icraçı direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, "İnter" 2023/2024 mövsümündə A Seriyasının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0