“Fənərbaxça”nın daha bir futbolçusu Almaniya klublarının diqqətini cəlb edib.
Apasport.az xəbər verir ki, soyadı kimi yüksələn preformansı ilə Avropada adından söz etdirməyə başlayan İsmail Yüksək 3 Bundesliqa klubunun radarına girib.
“Bayer”, “Ayntraxt Frankfurt” və “Borussiya Münhenqladbax” yayda 24 yaşlı futbolçunu heyətə cəlb etmək üçün mübarizə aparacaqlar. Alamaniya ilə yanaşı, İtaliya və İspaniya klublarının da maraq göstərdiyi yarımmüdafiəçini “Fənərbaxça” 15 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlayıb.
Qeyd edək ki, Türkiyə millisinin də şərəfini qoruyan Yüksək bu mövsüm 18 matçda forma geyinərək, aktivinə 1 qol və 2 məhsuldar ötürmə yazdırıb.