İspaniya Superkubokunun matçlarında yenilik - SAOT
10.01.2023 - 16:20
İspaniya Superkubokunun matçlarında yenilik - SAOT

İspaniya Kral Futbol Federasiyası yeniliyə imza atıb.

Apasport.az saytı xəbər verir ki, yerli Hakimlər Komitəsinin sədri Luis Medina Kantalexo bu gün keçirdiyi mətbuat konfransında Superkubokun hər üç oyununda yarımavtomatik ofsayd aşkarlama (SAOT) texnologiyasından istifadə ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, qarşılaşmaların keçiriləcəyi Səudiyyə Ərəbistanının Ər-Riyadd şəhərindəki “Kral Fəhd” Stadionunda artıq hər şey həllini tapıb. 

İspaniya Superkubokunun sabah baş tutacaq yarımfinalında "Real" "Valensiya"nı, ertəsi gün "Betis" - "Barselona"nı sınağa çəkəcək. Yanvarın 15-də isə final qarşılaşması keçiriləcək.

Qeyd edək ki, SAOT 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı FİFA tərəfindən istifadə edilən eyni texnologiyadır. Hələlik ispanlar bundan yalnız Kral Federasiyasının himayəsi altında keçirilən turnirlərdə istifadə etməyi planlaşdırırlar. Ölkə çempionatının oyunlarına gəlincə, qərarı federasiya yox, liqa rəhbərliyi verməlidir.
 

writer photo
Əlirza Əlirzalı
0