İtaliya futbolunda 88 nömrəyə qadağa
27.06.2023 - 21:41
İtaliya futbolunda 88 nömrəyə qadağa

İtaliya futbolunda 88 nömrəli geyim qadağan olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə ölkə federasiyası ilə daxili işlər nazirliyi arasında razılıq imzalanıb.

Məqsəd stadionlarda antisemitizm və nasist davranışların qarşısını almaqdır. Azarkeşlər belə simvollardan istifadə edə bilməyəcəklər. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bu əməkdaşlığın ölkədə futbolun inkişafına bpyük təkan pıacağını qeyd edib.

Qeyd edək ki, İtaliya stadionlarda ən çox antisemitizm və nasizm davranışlara rast gəlinən ölkələrdən biridir.
 

writer photo
Əlirza Əlirzalı
0