İtaliya klubları Lukaku ilə maraqlanır
05.06.2024 - 16:34
İtaliya klubları Lukaku ilə maraqlanır

“Çelsi”nin hücumçusu Romelu Lukaku yeni mövsümdə də İtaliyada çıxış edə bilər.

Apasport.az xəbər verir ki, 2023/24 mövsümünü “Roma”da icarədə keçirən forvard “Napoli” və “Milan”ın maraq dairəsindədir.

Klublar belçikalı hücumçunu icarəyə götürmək istəyir.

31 yaşlı forvard son mövsümdə “Roma”da 47 oyunda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0