İtaliya Millətlər Liqasının bürünc mükafatını qazandı
18.06.2023 - 19:12
İtaliya Millətlər Liqasının bürünc mükafatını qazandı

Millətlər Liqasının 2022/23 mövsümünün bürünc mükafatçısı müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda keçirilən qarşılaşmada İtaliya yığması qələbə qazanıb.

Niderland ilə keçirilən görüşə italiyalılar çox yaxşı başlayıblar. Onlar 20 dəqiqəyə iki qol vurublar. Fasilədən sonra komandalar daha 3 qol vurublar və İtaliya 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, İtaliya yığması ardıcıl ikinci dəfə Millət Liqasının bürüncü mükafatını qazanır.

UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun

Niderland – İtaliya – 1:3
Qollar: Berqvyin, 68. Viynaldum, 90 – Dimarko, 6. Frattesi, 20. Kieza, 73.
 

writer photo
Əlirza Əlirzalı
0