Jiru MLS yolunda
24.04.2024 - 20:26
"Milan"ın və Fransa millisinin hücumçusu Olivye Jiru karyerasını Amerikada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu "Los Anceles"lə müqavilə imzalamağa razılaşıb. Sözləşmə 1 il yarım müddətinə etibarlı olacaq və uzadılma variantını ehtiva edəcək. Futbolçunun maaşı ildə 3 milyon avro olacaq.
Onun 2024-cü il Avropa çempionatından sonra azad agent kimi MLS təmsilçisinin heyətinə qoşulacağı gözlənilir.
Bu mövsüm Jiru "Milan"ın heyətində 42 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.
0
0