Jorje Jezuşa millidən təklif
30.05.2023 - 16:17
“Fənərbaxça”nın baş məşqçisi Jorje Jezuş Türkiyə klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı yığmasını çalışdırmağa əsas namizəddir.
Asiyalılar onun milliyə gətirilməsi ilə bağlı ilkin razılığa gəlib. Jezuş mövsümün sonunda klubu tərk edəcək.
Onun gedişindən sonra İstanbul klubuna gələcək mütəxəssis də bəllidir. Braziliyalı Titenin “Fənərbaxça”nın “sükanı arxası”na keçməyə əsas namizədd sayılır.
Qeyd edək ki, istanbullular Super Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
0
0