Avropa Liqasının Liqa mərhələsinin II turunun “Tvente” – “Fənərbaxça” matçından sonra “sarı-lacivərdlər”in baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, Mourinyo 1:1 hesabı ilə başa çatan matç barədə bunları söyləyib:
“Pozitiv bir xal qazandıq. Avropa səfərlərində qazandığımız hər xal müsbətdir. Güclü komandaya qarşı oynayırdıq. Oyunun əvvəlində bir neçə real qol vəziyyətindən yararlana bilmədik. Bu, hər matçda başımıza gəlir. Ostervoldenin zərbəsi dirəkdən qayıtdı, En-Nesiri dəqiq ola bilmədi. Xəyal qırıqlığımızın səbəbləri bunlardır. Rəqibimizin bəstəboy, çevik futbolçuları var. Bundan istifadə etməyi bacarırdılar. Qarşılaşmada həddən artıq oyunçumuz sarı vərəqə gördü. Hazırda aktivimizdə 4 xal var. Hədəfimiz növbəti mərhələyə yüksələ bilməyəcək komandalardan uzaqlaşmaqdır”.