Kamada “Milan”da
29.05.2023 - 16:00
Kamada “Milan”da

Daiti Kamada “Milan”a keçəcək.

Apasport.az saytının məlumatına görə, “Ayntraxt”la müqaviləsi iyunun 30-da başa çatacaq yarımmüdafiəçi İtaliya klubuna azad agent kimi qoşulacaq.

Yaponiya millisinin 26 yaşlı futbolçusu 5 illik anlaşma imzalayacaq. “Atletiko” və Dortmund “Borussiya”sının da heyətinə qatmaq istədiyi Kamada “rossonyeri”nin təklifini qəbul edib.

Qeyd edək ki, asiyalı futbolçu Bundesliqanın 32 görüşündə 9 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0