Kapitan klub tarixində 3-cü oldu
22.10.2022 - 11:19
Kapitan klub tarixində 3-cü oldu

Fransa çempionatının XII turunda “Ayaçço” ilə oyun PSJ-nin kapitanı Markinyoş üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi komandasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə 380-ci dəfə fransızların heyətində meydana çıxıb.

28 yaşlı “sambaçı” bu göstərici ilə klub tarixində üçüncü yerə yüksəlib. PSJ-nin heyətində onu yalnız Jan-Mark Pilorj (435 oyun) və Marko Verratti (393) qabaqlayır.

Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-nin formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0