Karlo Ançelotti Cud Bellinqemin problemini açıqladı
06.11.2023 - 11:33
Karlo Ançelotti Cud Bellinqemin problemini açıqladı

"Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ancelotti açıqlayıb.

İtaliyalı mütəxəssis "Rayo Valyekano" ilə matçda zədə alan futbolçunun durumu barədə danışıb: “Onun çiynində problem var. O, müayinədən keçməli olacaq. Zədə ona oyun zamanı təsir etdi, lakin matçı davam edə bildi. Ümid edirik ki, bu ciddi bir şey deyil və çərşənbəyə qədər hazır olacaq”.

Qeyd edək ki, “Real” – “Rayo “Valyekano” qarşılaşması 0:0 hesabla bərabərə bitib. Madridlilərin xal itkisindən yararlanan “Jirona” turnir cədvəlində vahid liderdir.

writer photo
Əlirza Əlirzalı
0