Kavani seçim etdi
29.08.2022 - 23:11
Kavani seçim etdi

Edinson Kavani karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

Cənubi amerikalı hücumçu “Valensiya”ya keçəcək. Bir neçə klubdan təklif alan Edinson seçimində “yarasalar”a üstünlük verib. Tərəflər iki illik müqavilə ilə bağlı razılıq əldə edib.

35 yaşlı hücumçu yaxın günlərdə rəsmi anlaşmaya imza atacaq. O, La Liqa klubuna azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Kavaninin son klubu “Mançester Yunayted” olub. 
 

writer photo
Əlirza Əlirzalı
0