Kaysedonun əvəzedicisi tapılıb
23.08.2023 - 01:49
Kaysedonun əvəzedicisi tapılıb

“Brayton” komandanı tərk edən Moyzes Kaysedoya əvəzedici tapıb.

Apasport.az saytı xəbər verir ki, komanda Alber-Mboyo Lokonqa ilə maraqlanır.

Belçikalı yarımmüdafiəçinin transferi qiyməti 15 milyon avro dəyərləndirilir. “Brayton” isə 23 yaşlı futbolçu üçün 25 milyon ödəməyə hazırdır. Hələlik, “Arsenal” bu təklifi müsbət cavab verməyib. 

Qeyd edək ki, Lokonqanın “Arsenal”la 2026-cı ilin yayınadək müqaviləsi var. O, cari mövsümdə “topçular”ın oyunlarında iştirak etmək hüququ əldə etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0