Kazemiro Ronaldonun yanına gedir
04.01.2024 - 14:55
Kazemiro Ronaldonun yanına gedir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro tezliklə klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, braziliyalının agenti 31 yaşlı futbolçunun xidmətini Səudiyyə Ərəbistanından "Əl-Nəsr"ə təklif edib.

Baş məşqçi Erik ten Haq mövsümün ilk yarısında braziliyalıdan narazı qalıb. Uyğun təklif gələrsə, "Mançester Yunayted" rəhbərliyi yarımmüdafiəçini buraxmağa hazırdır.

Qeyd edək ki, Kazemiro illik 21 milyon avro maaşla “qırmızı şeytanlar”da ən çox qazanan futbolçudur.

writer photo
Əlirza Əlirzalı
0