Kerem Aktürkoğlunun qolu Çempionlar Liqasının ən yaxşısı seçildi - VİDEO
31.01.2024 - 18:00
Kerem Aktürkoğlunun qolu Çempionlar Liqasının ən yaxşısı seçildi  - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində vurulan ən yaxşı qol bəlli olub.

Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Mançester Yunayted" matçında Kerem Aktürkoğlunun vurduğu qol bu mükafata layiq görülüb.

Xatırladaq ki, İstanbulda “Mançester Yunayted”lə 3:3 hesabı ilə başa çatan matçda Kerem Aktürkoğlu həlledici qolu vurmuşdu.

Qeyd edək ki, türkiyəli futbolçunun bu qolu həm də həmin həftə vurulan ən yaxşı qol seçilib.

 

writer photo
Əlirza Əlirzalı
0