Keynə qiymət qoyuldu
20.04.2023 - 14:39
Keynə qiymət qoyuldu

“Tottenhem” Harri Keynin qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu hücumçusunu bu yay satmağa hazırdır.

Londonlular 29 yaşlı forvard üçün 88 milyon funt (99 milyon avro) tələb edir. Avropa nəhənglərinin hədəfində olan Keynin qiymətini PSJ ödəməyə hazırdır.

Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq. Forvard 2011-ci ilin yanvarından “Tottenhem”də forma geyinir.

Qeyd edək ki, Keyn mövsümün 31 matçında 23 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0