Klopp Ançelottiyə söz atdı: “Karlo, biz gəlirik!”
26.05.2022 - 17:04
Klopp Ançelottiyə söz atdı: “Karlo, biz gəlirik!”

“2004/05 mövsümünün “Liverpul”la “Milan” arasındakı final matçını tam izlədiyimə əmin deyiləm. Amma əlbəttə ki, bu, böyük kambekdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis Çempionlar Liqasının “Real”la final matçı ərəfəsində 2004/05 mövsümünün həlledici matçından danışıb. İndi İspaniya klubunu çalışdıran Karlo Ançelotti həmin vaxt “Milan”la “Liverpul”un rəqibi olub və görüş tarixi kambeklə yadda qalıb: “Burada olduğum müddətdə mənə həmişə həmin matçdan danışırlar. Hətta soruşmağa da ehtiyac yoxdur. Heç nə soruşmadan bunu dinləyirsən. Əla tarixdir. 0:3 hesabı ilə uduzasan, sonra 3:3 edəsən və penaltilərlə qalib gələsən. Çox güclü olan “Milan”ın qol imkanları olanda Dudek komandanı xilas edib. Həmin vaxt rəqibi Ançelottinin çalışdırdığını bilirəm. Karlo, biz gəlirik!”.

Qeyd edək ki, Parisdə baş tutacaq final mayın 28-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0