Klopp üçün apellyasiya 
05.11.2022 - 13:06
Klopp üçün apellyasiya 

İngiltərə Futbol Assosiasiyası (FA) “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Premyer Liqanın XI turunda “Mançester Siti” ilə oyundakı (1:0) davranışına görə cəzalandırılması qərarından apellyasiya şikayəti verib.

Apasport.az saytının məlumatına görə, qurum bu cəzanın yumşaq olduğuna inanır.

FA almaniyalı mütəxəssisə verilən cəzanın sərtləşdirilməsini tələb edib. Klopp matç zamanı baş hakim Entoni Teylor və onun köməkçisinə qarşı davranışına görə 34 min avro cərimə olunub. Kloppdan fərqli “Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel və “Lids”in çalışdırıcısı Xesse Marş eyni hərətəkətə görə cəzaya məruz qalmışdı.

Qeyd edək ki, “Liverpul” hazırda 16 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0