“Kocaelispor”un baş məşqçisi Ərtuğrul Sağlam Azərbaycan millisinin üzvü Ramil Şeydayevin fiziki hazırlığından razı deyil.
Apasport.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verərkən danışıb.
54 yaşlı mütəxəssis qısa zamanda bu problemin aradan qalxacağına inandığını bildirib: “Yeni transferlərdən Şeydayevlə yanaşı, Duhan Aksunun fiziki durumları tam qaydasında deyil. Duhan bir az geridədir, amma bu çatışmazlıqlar yavaş-yavaş aradan qaldırılır. Onlar icazəli olduqları müddətdə də çalışıblar və qısa zamanda komandaya qoşulub bizə kömək edəcəklər”.
Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm Tailandın “Buriram Yunayted” klubundan Türkiyə təmsilçisinə keçib.
- Azərbaycan millisi Belarusla oyunda favoritdir
- “Apasport”dan 13,67 əmsallıq uduş: “Ödənişli”də dəqiq PROQNOZ
- "Mançester Yunayted" "Atalanta"nın futbolçusu uğrunda mübarizəyə qoşulub
- Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub
- U-19-un seçmə mərhələdəki oyunlarının vaxtı müəyyənləşib