Konte onu əvəz edəcək?
11.03.2023 - 12:20
Konte onu əvəz edəcək?

İtaliyalı mütəxəssis Antonio Konte vətəninə qayıda bilər.

Apasport.az saytı xəbər verir ki, “Tottenhem”i çalışdıran 53 yaşlı baş məşqçinin “Roma”nın “sükanı arxasına” keçəcəyi gözlənilir.

İngiltərə klubundan ayrılmağı düşünən Konte mövsümün sonunda portuqaliyalı Joze Mourinyonu əvəz etməyə ən real namizəd sayılır. Hətta tərəflərin bir neçə il əvvəl əməkdaşlığa yaxın olduqları, ancaq son anda razılaşma əldə edilmədiyi də bildirilir. 

Qeyd edək ki, A Seriyasında 25 oyun keçirən “Roma” 47 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0