Kopa Amerikada bürünc medalçı bəlli olub
14.07.2024 - 10:35
Kopa Amerikada bürünc medalçı bəlli olub

Kopa Amerikanın bürünc medalçısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, üçüncülük uğrunda görüşdə Uruqvay və Kanada yığmaları üz-üzə gəlib. 

Qarşılaşma ABŞ-nin Şarlott şəhərinin “Bank of Amerika” stadionunda baş tutub. 

Əsas vaxtda qalib müəyyənləşmədiyinə görə, penaltilər seriyasına ehtiyac duyulub. Belə ki, kanadalı İsmael Kone və Conatan Davidin qollarına Uruqvaydan Rodriqo Bentankurla Luis Suarez cavab verib. 11 metrlik cərimə zərbələrində isə Uruqvay 3:4 hesabı ilə üstün olub.

Beləliklə, Uruqvay milli komandası Amerika Kubokunun üçüncüsü olub.

Qeyd edək ki, turnirin finalı iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq. 


 
  

writer photo
Əlirza Əlirzalı
0