“Futbol oynadığım ən ehtiraslı ölkə Türkiyə idi”.
Apasport.az saytı xəbər verir ki, bu fikirlərin sahibi “Beşiktaş”ın keçmiş oyunçusu Rikardo Kuarejmadır.
Portuqaliya mətbuatına açıqlama verən 40 yaşlı cinah yarımmüdafiəçisi türk azarkeşlərə aşiq olduğunu açıqlayıb: “türklər üçün sadəcə çılğın kəliməsini işlədə bilərəm. “Porto”dan sonra mənim üçün “Beşiktaş” gəlir. O alqışlar, rəqibi vahiməyə salan atmosfer və komandaya dəstək. Bu anları yaşayan mənim nə demək istədiyimi yaxşı başa düşür”.
Qeyd edək ki, iki dəfə - 2010/13 və 2015/19-cu illərdə “Beşiktaş” forması geyinmiş Kuarejma karyerasını 2022-ci ildə ölkəsinin “Gimaraeş” komandasında tamamlayıb.