Kubarsi İspaniya millisinin tarixində ikinci ən gənc debütant olub
23.03.2024 - 12:18
Kubarsi İspaniya millisinin tarixində ikinci ən gənc debütant olub

"Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi İspaniya millisində debüt edib.

Apasport.az xəbər verir ki, 17 yaşlı futbolçu Kolumbiya ilə yoldaşlıq matçının 83-cü dəqiqəsində Aymerik Laportu əvəzləyərək meydana çıxıb.

Kubarsi İspaniya milli komandasının tarixində ikinci ən gənc debütantdır (17 yaş 60 gün). O, ilk dəfə 17 yaş 62 gündə millidə çıxış edən komanda yoldaşı Qavini qabaqlayıb.

Rekordçu "Barselona"nın digər oyunçusu - Lamin Yamaldır (16 yaş 57 gün).

Qeyd edək ki, Pau Kubarsi bu mövsüm Kataloniya nəhənginin əsas heyətində 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0