Kukurelya “Çelsi”nin bir addımlığında
01.08.2022 - 17:17
Kukurelya “Çelsi”nin bir addımlığında

“Çelsi” Mark Kukurelyanın transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, London klubu sol cinah müdafiəçisinin keçidini yaxın günlərdə gerçəkləşdirməyi planlaşdırır.

“Zadəganlar” “Brayton” rəhbərliyini transferə razı salmağa çalışır. “Çelsi” “Mançester Siti”nin də maraqlandığı futbolçu üçün xərcə düşməyə də hazırdır.

“Şəhərlilər” Kukurelya üçün 40 milyon avrodan artıq ödəmək niyyətində deyil. Bu üzdən də “Barselona”nın yetirməsinin məhz paytaxt klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Kukurelya ötən mövsümün 38 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0