Kulibali də ərəblərə “hə” dedi
18.06.2023 - 12:34
Kulibali də ərəblərə “hə” dedi

Daha bir futbolçu Səudiyyə Ərəbistanına köçməyə razılıq verib.

Apasport.az saytı xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Kalidu Kulibali “Əl-Hilal”a keçməyə razılıq verib.

Tərəflər arasında mühüm şərtlərin razılaşdırıldığı, lakin maaşla bağlı danışıqların davam etdiyi bildirilir. 31 yaşlı futbolçunun London klubu ilə 2026-cı ilə qədər müqaviləsi olduğu üçün ərəblər qarşı tərəfə təzminat ödəməyəcək.

Qeyd edək ki, Seneqal millisinin üzvü ötən mövsüm 32 matçda 2 dəfə fərqlənməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0